Nəşr edilmişdir 11/27/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Yeməkləri folqaya bükmək təhlükəlidir

0d5070b1-c8e9-4d0f-a986-b7a3ac8a1394

Bir çox insanlar qida qalıqlarını alüminium folqaya büküb saxlayırlar. Lakin bu saxlama üsulu sağlamlıq üçün ciddi risklər yarada bilər.
Baki-Baku.az bu barədə “Daily Mail”ə istinadla xəbər verir.
ABŞ-dən olan biokimyaçı və qida təhlükəsizliyi eksperti Zakari Kartraytın sözlərinə görə, folqa, hermetik qablardan fərqli olaraq, təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan hermetikliyi təmin etmir.
“Qapaqları olan hermetik qablar, qidanın oksigenlə təmasını məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Oksigen “S. aureus” (stafilokok) və “Bacillus cereus”, “Clostridium botulinum” və “Listeria monocytogenes” daxil olmaqla əksər təhlükəli patogenlərin çoxalması üçün vacibdir. Bu mikroorqanizmlər qida zəhərlənməsi simptomlarını – qızdırma, qusma, qarın ağrısı və ishalı yaradan toksinlər istehsal edir. “Clostridium botulinum” və “Listeria monocytogenes” ən təhlükəlisidir, çünki onların bioloji mənşəli zəhəri tənəffüs əzələlərinin iflicini və listeriozu (limfoid toxuma və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik) törədə bilər”, – deyə ekspert izah edib.
Kartrayt bildirib ki, plastik qablar və yapışqan qida plyonkasından fərqli olaraq, folqa qida məhsulunu xarici mühitdən təcrid edə bilmir.
“Bundan əlavə, onun hazırlandığı alüminium, turş və duzlu məhsullarla reaksiyaya girə və qida qalıqlarına, məsələn, acı tomat sousuna keçə bilər. Orqanizmə alüminiumun tez-tez daxil olması neyrotoksik inkişaf pozğunluqları, həmçinin böyrək, qaraciyər və sümüklərin zədələnməsi ilə əlaqələndirilir”,

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”