Nəşr edilmişdir 05/18/2025

Paylaşın

GÜNDƏM

Yazıçı-publisist Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Milli İncəsənət Universitetində yazıçı-publisist Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı və universitetin müəllim və tələbə heyəti ilə görüşü keçirildi.
Baki-baku.az xəbər verir ki, acılış nitqi ilə Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva çıxış etdi. O, Günel Anarqızının yaradıcılığı, ictimayi fəaliyyəti və yeni kitabı haqqında məlumat verdi. Sonra Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənova söz alıb yazıçının yeni kitabında yer alan əsərlərin tələbələr arasında maraqla qarşılandığı və həvəslə hazırlandığı haqqında danışdı. Daha sonra “Sərhədsiz səma” kitabında yer alan əsərlər əsasında ədəbi-bədii kompozisiya aktrisa Günel Həsənovanın ifasında nümayiş olundu. Tədbirdə həmçinin tələbələr Şəhla Sadıqova və Zəhra Abdulqədirova Günel Anarqızının “Şuşaya məktub”, Lalə Cəlili “Əsgərə məktub”, Əliağa Tapdıqlı və Firuzə İsmayıl “Bayrağa ithaf”, Nihad Kərimov, Aişə Şirinova və İlahə Şirbidova “16 səbəb” hekayələrini səsləndirdilər. Tədbiri “Şuşanın dağları”, “Xudayar təsnifi” ilə tələbələr Fərid Əzizli, Nihad Quliyev və Nigar Əlizadə məharətli ifaları ilə rəngləndirdilər.
Sonda yazıçı Günel Anarqızı tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi, müəllim və tələbələrin suallarına cavab verdi və kitablarını imzaladı.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Ən son

GÜNDƏM

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür.

GÜNDƏM

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür.