Nəşr edilmişdir 06/25/2025

Paylaşın

GÜNDƏM

Yay aylarında hansı qidalara üstünlük verilməlidir?

Yay aylarında 60 yaş aralığında insanlar qidalanma ilə bağlı problemlərlə daha çox qarşılaşır.
Baki-baku.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.
Onun sözlərinə görə, yay ayları insanların daha çox tətil və istirahətə üz tutduğu bir zamandır:
“Qarşıdan gələn bayram və tətil günlərində qidalanma məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qeyri-nizamlı və həddən artıq qida qəbulu halları daha çox müşahidə olunur. Bu da tez-tez şişkinlik, kökəlmə, qəbizlik, qaraciyər və mədəaltı vəz yağlanması, şəkər və xolesterin səviyyəsində yüksəlmələrlə nəticələnə bilər”.
Mütəxəssis eyni zamanda gün ərzində yalnız bir dəfə qidalanmanın çox yanlış olduğunu diqqətə çatdırıb:
“Bəzi insanlar elə düşünür ki, gün ərzində bir dəfə qidalanmaqla arıqlayacaq, yaxud sağlam qalacaq. Bu, çox səhv yanaşmadır. Əgər insanın hər hansı xroniki xəstəliyi yoxdursa, oturaq həyat tərzi keçirmirsə və porsiyalar balanslıdırsa, gündə 3 əsas yeməklə də kifayətlənmək mümkündür. Qidalanma tezliyi ilə yanaşı, yeməklərin keyfiyyəti və tərkibi də olduqca önəmlidir”.
Qastroenteroloq yayda daha çox tərəvəz, meyvə, süd məhsulları və bol su qəbulunu tövsiyə edib:
“Yay aylarında havanın temperaturu yüksək olduğu üçün iştah azalır, orqanizm daha çox maye və yüngül qidalar tələb edir. Belə günlərdə tez-tez ağır yeməklər yemək orqanizmdə narahatlıq, tərləmə və həzm pozğunluqları yarada bilər”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şamaxının adı – bir nəfəsdə min illik nağıl

Ən son

TARİXİMİZ

I Dünya Müharibəsi faciəsi: “Cəhənnəm adası”

TARİXİMİZ

I Dünya Müharibəsi faciəsi: “Cəhənnəm adası”