Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin 100 nəfər tələbəsi və ekokönüllülər iştirak edib.
Baki-baku.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək və gənclərin ekoloji şüurunu artırmaqdır.