Nəşr edilmişdir 04/19/2025

Paylaşın

GÜNDƏM

Yaşıl bananın super faydaları məlum olub

IMG_20250419_183317

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Baki-baku.az bu barədə “El Espanol”a istinadən xəbər verir.
Məlumata görə, bu barədə ispan həkimi Uilyam Arias bildirib.

Mütəxəssisin fikrincə, yaşıl bananlar rezistent nişasta adlanan xüsusi karbohidrat növü ilə zəngindir. Bu maddə nazik bağırsaqda həzm olunmur və qalın bağırsağa düşərək orada prebiotik kimi fəaliyyət göstərir. Nəticədə bağırsaq mikroflorası normallaşır və hüceyrələri iltihabdan, həmçinin bədxassəli dəyişikliklərdən qoruyan qısa zəncirli yağ turşularının istehsalı artır.

Uilyam Arias qeyd edib ki, yaşıl bananların faydaları bununla bitmir. Onlar həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edir, ikinci tip şəkərli diabetin inkişafının qarşısını alır, piylənmə ilə mübarizədə effektivdir.

Maraqlıdır ki, yetişmiş bananlar eyni təsirə malik deyil. Mütəxəssis bildirir ki, bir qədər “kal” bananlar tam yetişmiş bananlara nisbətən daha az şəkər və kalori ehtiva edir, eyni zamanda onlarda faydalı qida liflərinin səviyyəsi yüksək qalır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir tikili var

Ən son

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.