Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/16/2026

Paylaşın

GÜNDƏM

Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alındı

Yasamal, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən 3 741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə barədə xəbərdarlıqlara baxmayaraq təmir işləri yenidən davam etdirilib.

Baki-baku.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabrında aşkar edilib:

“Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının keçirdiyi baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun tələbləri pozularaq layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyənləşib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun razılaşdırılması barədə xəbərdarlıq olunub”.

Məlumatda qeyd olunur ki, xəbərdarlıqlara baxmayaraq, martın 14-də tarixi abidədə təmir işlərinin yenidən davam etdirildiyi qeydə alınıb:

“Bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlanıb.

Ən son

GÜNDƏM

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

GÜNDƏM

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin