Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasının önündəki qaz xəttinin marketin içərisindən keçməsi ilə bağlı sakinlərdən redaksiyamıza şikayət daxil olmuşdu.
Baki-baku.az-ın bu barədə yayımladığı xəbərdən sonra Yasamal Rayon İcra Hakimiyyəti məsələni araşdırmaya götürdü və müvafiq tədbirlərin görülməsi istiqamətində addımlar atıldı.
Belə ki, artıq əraziyə “Azəriqaz” İB-nin əməkdaşları dəvət olunub, qaz xəttinin istiqamətinin dəyişdirilməsi barədə mənzilin sahibi ilə danışıqlar aparılıb. Tezliklə qaz təminatının müvəqqəti dayandırılması ilə qaz xəttinin tikilinin içərisindən çıxarılması məsələsi müsbət həllini tapacaq.