Nəşr edilmişdir 04/23/2025

Paylaşın

GÜNDƏM

Yasamalda ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib

IMG-20250423-WA0183

Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, küçə parklanma yerlərinin təşkili hazırda Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılır. Nişanlanma xətlərinin çəkildiyi ərazidə yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarına veriləcək. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır, məlumatda deyilir.
“Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü zonaya daxil olan daha bir neçə məntəqə Səbail və Suraxanı rayonlarında təşkil edilib. Belə ki, Bayıl qəsəbəsində, Abbasqulu Abbaszadə və Cəlal Qurbanov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir”, – AYNA qeyd edir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şəhərdə kifayət qədər foto çəkən Qalland turistlərin diqqət göstərdiyi Dənizkənarı Milli Parkı (Bakı bulvarı) da unutmayıb.

Ən son

GÜNDƏM

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər

GÜNDƏM

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər