Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/10/2025

Paylaşın

GÜNDƏM

Yasamalda daha bir park: Köhnə meşəlik ərazi abadlaşdırılır

Daha Bir park

Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Baki-baku.az-a məlumat verilib.
“Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonunda yerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirmək istərdik ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Agentlikdə dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavabı oyunu azarkeş sayına görə dördüncü

Ən son

GÜNDƏM

Şamaxı rayonunda iki dəfə zəlzələ qeydə alınıb.

GÜNDƏM

Şamaxı rayonunda iki dəfə zəlzələ qeydə alınıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin