Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılır.
Bununla əlaqədar olaraq saat 13:00-dək Zahid Xəlilov küçəsi, Mətbuat prospekti, 82 nömrəli uşaq baxçasının ətrafında yerləşən ərazilər, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılan təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 13:00-dək İlham Müzəffəroğlu, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edir.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.