Nəşr edilmişdir 04/16/2025

Paylaşın

GÜNDƏM

Yağışlı havada zövqlə izləmək üçün 12 film

IMG-20250416-WA0326

Bakıda yağış yağıb. Artıq 5 gündür hamı yağış yağacağından və dəhşətli bir gün
olacağından danışır. Xəbər saytları, telekanallar, sosial media, bir sözlə, hamı bunu
işıqlandırır. Belə götürsək, hamınız Yer kürəsinin sakinləriyik, yağış da eyni günəş və ya külək kimi bütün ölkələrdə rast gəlinən təbii hadisədir.

Yağış, yağmur və ya yağıntı buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısıdır.
Təbii ki, yağış yağan zaman bəzi küçə və prospektlər digər ərazilərə nisbətən daha
çox təsirə məruz qalır. Bununla isə aidiyyəti qurumlar gecə-gündüz məşğul olur. Bu,
bütün dünyada belə olsa da, öncədən planlanlaşdırılmış faktiki bir həlli yoxdur.
Çünki yağış insanın idarəsində olan bir proses deyil. Öncədən yağışın hara nə
qədər yağacağın hesablamaq olmur. Məsəl üçün, küləkdən bir ağac aşırsa, öncədən
bunun qarşısını almaq nə dərəcədə mümkündür ki? Lakin öncədən yağışın
yağacağın bilib, axşam işdən sonra izləməyə film siyahısını hazırlamaq isə mümkündür.
Baki-baku.az sizin üçün bu yağışlı havada axşam evdə baxmaq üçün film siyahısı hazırladı.
Yağışlı günlər üçün film seçmək ayrı bir zövqdür – atmosfer onsuz da romantik və
nostalji doludur. Belə havada fərqli əhval-ruhiyyələrə uyğun bəzi film təklifləri verək:

Rahat və nostaljik filmlər:

  • “Amélie” (2001) – Parisin romantik küçələrində keçən, vizual olaraq çox
    cazibədar bir film.
  • “Pride and Prejudice” (2005) – Klassik sevgi hekayəsi, yağışlı hava üçün
    mükəmməl bir fon.
  • “The Secret Life of Walter Mitty” (2013) – Real həyatdan qaçmaq, xəyal
    gücü və səyahət haqqında ilhamverici bir film.
    Maraqlı və sürükləyici:
  • “Gone Girl” (2014) – Sirr və psixoloji gərginliklə dolu.
  • “Knives Out” (2019) – Detektiv janrını sevənlər üçün mükəmməl seçim.
  • “The Others” (2001) – Qorxu və mistika dolu, sakit bir axşam üçün.

Yüngül və əyləncəli:

  • “Julie & Julia” (2009) – Həm yemək, həm də həyat ilhamı axtaranlara.
  • “The Intern” (2015) – Komik, eyni zamanda ürək isidici bir hekayə.
  • “About Time” (2013) – Vaxt və sevgiyə dair düşündürücü, romantik film.
    Azərbaycan filmləri:
  • “Arşın Mal Alan” (1945) – Musiqili, nostalji və klassik bir film.
  • “Dərviş Parisi partladır” (1976) – Yumor dolu və klassik Bakı havasında film.
  • “Pəri qala” (2023) – Müasir dövrdə çəkilmiş mistik və maraqlı süjetli film.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir tikili var

Ən son

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.