Nəşr edilmişdir 04/17/2025

Paylaşın

GÜNDƏM

Yağıntılar kəsilib, külək zəifləyib

IMG-20250417-WA0106

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış dayanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı 5 mm-dək olub.

Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında dayanıb, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində aprelin 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində aprelin 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.