Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

HƏR ŞEYDƏN

Yadplanetli həyat axtarışında məyusluq

Yadplanetli

Yer kürəsindən 124 işıq ili uzaqda yerləşən K2-18b planeti uzun müddət okeanlarla örtülü “su dünyası” kimi təsəvvür edilirdi. Lakin beynəlxalq alimlər qrupu, o cümlədən Kembric Universitetinin tədqiqatçıları bu ehtimalın real olmadığını açıqlayıblar.

Baki-baku.az xəbər verir ki, bununla bağlı araşdırma “The Astrophysical Journal Letters” jurnalında dərc olunub. Araşdırmaya görə, sub-neptun tipli planetlərdə suyun böyük hissəsi planetin dərin qatlarına çəkilir və səthdə yalnız çox kiçik miqdarda qalır. Professor Karolin Dornun sözlərinə görə, belə planetlərin üzərində nəhəng okeanların mövcudluğu mümkün deyil: “Suyun həcmi sadəcə bir neçə faizlə məhdudlaşır”.

Simulyasiya nəticələri də göstərib ki, formalaşmanın erkən mərhələsində su molekulları parçalanır, oksigen və hidrogen isə süxurlarla birləşərək nüvəyə çəkilir.

Alimlər hesab edirlər ki, bu nəticə Yer və K2-18b kimi planetlər arasında müəyyən oxşarlıq yaradır – hər iki halda suyun ümumi miqdarı məhduddur. Bununla belə, “okeanlarla örtülü dünya” ssenarisinin real olmadığı təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, bu kəşf kainatda həyat axtarışını daha kiçik və əlçatan planetlərə yönəltməyi zəruri edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin