Nəşr edilmişdir 06/02/2025

Paylaşın

GÜNDƏM

Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib

Təmizlik aksiyası, Sabunçu rayonu, Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctiami Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti

Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Çimərlik mövsümü ərəfəsində paytaxtın Sabunçu rayonu ərazisində vətəndaşlar tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə xidmət göstərmək məqsədini daşıyan sahilyanı təmizlik aksiyası keçirilib.
Sabunçu Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.
Keçirilən aksiya Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tarixi mənbələrə istinad edərkən vəliəhd Abbas Mirzə Qacarın sərkərdə-xaqan obrazı göz önündə canlanır.

Ən son

GÜNDƏM

Bəs müsəlmanların ən əziz bayramlarından sayılan bu günlərdə Qurban bayramının adətləri, tarixi, qaydaları və qadağaları

GÜNDƏM

Bəs müsəlmanların ən əziz bayramlarından sayılan bu günlərdə Qurban bayramının adətləri, tarixi, qaydaları və qadağaları