Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/26/2026

Paylaşın

GÜNDƏM

Xətai rayonunda velosipedlər piyada səkisini zəbt edib, sakinlər narazıdır – ŞİKAYƏT

Bakının Xətai rayonunda, Neapol dairəsinin yaxınlığında yerləşən Neapol küçəsində yaranmış vəziyyət sakinlərin haqlı narazılığına səbəb olub.
Baki-baku.az xəbər verir ki, həmin ərazidə velosipedlərin piyada səkisi üzərində saxlanılması adi hala çevrilib və bu, vətəndaşların sərbəst hərəkətini ciddi şəkildə məhdudlaşdırır.
Sakinlərin sözlərinə görə, xüsusilə piyada keçidinin ətrafında velosipedlərin düzülməsi gediş-gəlişi daha da çətinləşdirir.
Məsələ təkcə rahatlıqla bağlı deyil, eyni zamanda şəhər mədəniyyəti və ictimai məkanlardan düzgün istifadə məsələsini də gündəmə gətirir. Piyada səkiləri insanların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulsa da, nəzarətsiz şəkildə saxlanılan velosipedlər bu funksiyanı faktiki olaraq sıradan çıxarır.
Sakinlər bildirirlər ki, dəfələrlə bu problemə diqqət çəksələr də, hələlik konkret tədbir görülməyib. Onlar aidiyyəti qurumlardan Neapol küçəsində velosipedlər üçün ayrıca dayanacaqların yaradılmasını, piyada səkilərinin isə tam şəkildə piyadaların istifadəsinə qaytarılmasını xahiş edirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda nəqliyyat sistemini dəyişdirən, İttifaqda ilk elektrik dəmir yolu xəttinin tarixi…

Ən son

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin