Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Xurmanın orqanizmə faydaları

Xurma, Orqanizm

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.

Baki-baku.az xəbər verir ki, xurmanın tərkibində kalsium, dəmir, fosfor, kalium, maqnezium və sink var. A və B vitaminləri ilə yaddaşın gücləndirilməsini dəstəkləyir və yaddaş itkisinin qarşısının alınmasında faydalıdır.

Xurma antioksidantla zəngin qidadır. Antioksidantlar hüceyrələri bədəndə zərərli reaksiyalara və xəstəliklərə səbəb olan sərbəst radikallardan qoruyur.

Həmçinin, xurmanın tərkibində xroniki xəstəliklərin risklərinin qarşısını almağa kömək edən polifenollar var.

Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir.

Bu qida tərkibindəki vitamin və minerallar sümükləri sağlam saxlamaq və osteoporoz kimi sümüklə əlaqəli sağlamlıq problemlərinin qarşısını almaq üçün vacibdir.

Tərkibində yüksək miqdarda enerji olan xurma gün ərzində lazım olan enerjinin bir hissəsini qarşılamaq üçün asan yol hesab edilir. Xurma həm də inkişaf çağında olan uşaqlar üçün sağlam enerji mənbəyidir.

Tərkibindəki B vitamini ilə Alzheimer xəstəliyindən qoruyur. Mütəmadi və normada istehlak edildikdə bu cür xəstəliklərə tutulma ehtimalını azaldır.

Tərkibindəki zəngin maddələr sayəsində həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsində, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Həmin faydalı xüsusiyyətinə görə xurmanın xüsusilə də hamilə və süd verən qadınların da istehlak etməsi tövsiyə olunur.

Qeyd edək ki, xurma mütəmadi olaraq, ancaq norma daxilində istehlak edilməlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin