Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/18/2025

Paylaşın

GÜNDƏM

Xudafərin körpüsünün azad olunmasından 5 il ötür

Bu gün – 18 oktyabr 2025-ci il tarixində Azərbaycanın tarixi zəfərlərindən biri olan Xudafərin körpüsünün işğaldan azad edilməsinin 5 ili tamam olur.

Baki-baku.az xatırladır ki, 2020-ci ilin məhz bu günündə, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində uğurlu əməliyyatlar həyata keçirərək, strateji əhəmiyyətə malik olan Xudafərin körpüsünü və ətraf əraziləri erməni işğalından azad etdi.

Prezident İlham Əliyev həmin gün xalqımıza bu müjdəni rəsmi olaraq çatdıraraq, belə demişdi:

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Xudafərin körpüsü həm tarixi, həm də strateji baxımdan böyük önəm daşıyır. Onun azad olunması Vətən müharibəsində qazanılan önəmli uğurlardan biri kimi tarixə düşüb.

Hazırda Xudafərin körpüsü və ətrafı bərpa və yenidənqurma işləri ilə yeni həyat qazanır, bölgənin iqtisadi və turizm potensialının inkişafında mühüm rol oynayır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

FHN-dən Baki-baku.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin