Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/24/2026

Paylaşın

GÜNDƏM

Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşır

Xocalı soyqırımı

Xocalı soyqırımının 34-cu ildönümü ilə əlaqədar olaraq, “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşır.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Baki-baku.az-a açıqlamasında bildirib ki, uzunluğu 1050 metr olan parkda genişmiqyaslı abadlıq və yenidənqurma işləri yekunlaşdırılır:

“Parkda 30 min gül və dekorativ kollar, 8 min kvadrat qazon salınıb. Anım günü ziyarətçilərinin gediş-gəlişini təmin etmək üçün parkın ətrafında da abadlıq işləri görülüb. Xocalı prospekti boyunca işlq dirəklərinə “Xocalıya ədalət” lövhələri vurulub. Həmçinin insanların həm abidəni ziyarət etməsi, həm də parkda istirahət etməsi nəzərə alınaraq, parkın səliqə-sahmanı ilboyu diqqətdə saxlanılır və mütəmadi olaraq nəzarətdə olur”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

Xocalı soyqırımını təcəssüm etdirən “Ana harayı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. Sonrakı illərdə həm abidə kompleksində, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu çərçivədə abidənin postamenti hündürləşdirilib, “Ana harayı” heykəlinin mövzusu saxlanılmaqla forması yenilənib.

Xatırladaq ki, xalqımız hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir, abidənin önünə gül qoyur və həlak olanların xatirəsini yad edirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ən son

GÜNDƏM

"Azərbaycan Dəmir Yolları" QSC-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkündür.

GÜNDƏM

"Azərbaycan Dəmir Yolları" QSC-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkündür.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin