Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/26/2026

Paylaşın

GÜNDƏM

Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımı

Bu gün XX sərin ən böyük faciəsi – Xocalı soyqırımından 34 il ötür.

Baki-baku.az xatırladır ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etməsi ilə baş verib. Hücum zamanı şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri atəşə tutub, qətlə yetiriblər.

Erməni təcavüzkarları Azərbaycan xalqına qarşı törətdiyi bu növbəti kütləvi qırğında 613 nəfər – 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral – Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli anti-terror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub. Həmin zəfər bizə həm də Xocalı sevincini də yaşatdı. Belə ki, 15 oktyabr 2023-cü ildə Xocalıda da Azərbaycan Bayrağı ucaldıldı.

Hazırda Xocalıda bərpa-quruculuq işləri aparılır. Xocalı günü-gündən çiçəklənir və yenidən inkişaf edir. 2024-cü ilin may ayından etibarən artıq şəhərə sakinlərin qayıtması prosesi başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılıb və bu gün həmin kompleksin açılışı olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baxdığım vaxtdan, gördüyüm tərəfdən, içimdəki fəsildən asılı olaraq, bəzən ağ, bəzən qara, bəzən boz, bəzənsə rəngarəng.

Ən son

GÜNDƏM

Xocalı soyqırımının 34-cü ildönümündə faciə qurbanlarının xatirəsi yad olunur.

GÜNDƏM

Xocalı soyqırımının 34-cü ildönümündə faciə qurbanlarının xatirəsi yad olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin