Nəşr edilmişdir 05/14/2025

Paylaşın

GÜNDƏM

XIV əsrin qlamuru

IMG-20250514-WA0047

Tarixin ən varlı insanı Silikon Vadisindən yox, Afrikanın qəlbindəndir

Mask, Bezos və ya Qeytsi unudun. Bəşəriyyət tarixində bütün dövrlərin ən varlı insanı XIV əsrdə yaşamış Mali imperatoru I Mansa Musa olub — o, sərvət yox, əsl xəzinə sahibi idi. Onun əlində dünyanın ən böyük qızıl ehtiyatları cəmlənmişdi və bu sərvət sivilizasiya yaradan qüvvəyə çevrilmişdi.
Mansa Musanın məşhur Həcc səfəri bir əfsanəyə çevrilib: 60 min nəfərlik heyət, dəvələrin belində daşınan tonlarla qızıl, Qahirənin küçələrində paylanan sərvət və nəticədə on il davam edən inflyasiya dalğası. Bu, sadəcə ziyarət deyildi — bu, qızıl-ziynət tufanı idi.
Tarixçilər onun sərvətini bu günün hesablamalarına görə 400 milyarddan 1 trilyon dollara qədər qiymətləndirirlər. Amma Mansa Musa təkcə sərvət sahibi deyildi. O, əsl mədəniyyət yaradan hökmdar idi. Onun dövründə yollar salınır, məscidlər tikilir, universitetlər qurulur və o dövr sivilizasiyasının rəmzinə çevrilən Timbuktu şəhəri çiçəklənirdi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-aprel aylarında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 91 min 474 əcnəbi ziyarət edib.

Ən son

GÜNDƏM

Azərbaycanda lap qədim zamanlardan qadınlara xüsusi hörmət olub.

GÜNDƏM

Azərbaycanda lap qədim zamanlardan qadınlara xüsusi hörmət olub.