Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/08/2025

Paylaşın

GÜNDƏM

Xidmət rəisi: “Bakı metrosunda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək”

Bakı metrosunda doğulan körpə

Bakı metrosunda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.
Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
O bildirib: “Bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib. Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib. Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar”.
A. Zamanov sözlərinə görə, bu hadisə Bakı metropoliteninin kollektivinin təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlı olduğunu sübut edir.

“Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik”, – deyə o vurğulayıb.
Xidmət rəisi, həmçinin qeyd edib ki, yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metrosunda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.

Ən son

HƏR ŞEYDƏN

Sakit okeanın dərinliklərində aparılan elmi tədqiqat zamanı alimlər qeyri-adi təbii formasiya ilə qarşılaşıblar.

HƏR ŞEYDƏN

Sakit okeanın dərinliklərində aparılan elmi tədqiqat zamanı alimlər qeyri-adi təbii formasiya ilə qarşılaşıblar.