Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/09/2026

Paylaşın

GÜNDƏM

Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb

Aptek , Xətai rayonu, TƏBİB

TƏBİB rəhbərliyinin tapşırığına əsasən, Bakı Baş Səhiyyə Mərkəzi imtiyazlı xəstələr üçün yeni aptek yaradıb.

Baki-baku.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Belə ki, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, həmçinin 7 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.

Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəli Şəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.

Ümumilikdə, aptek 3 142 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan 2 692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələrini əhatə edir.

Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir.

İndiyədək Xətai rayonu ərazisində 1 mərkəzləşdirilmiş aptek (7 nömrəli Şəhər Poliklinikasında – M.Rüstəmov 1 ünvanında) fəaliyyət göstərirdi. Bu isə vətəndaşların dərman təminatı zamanı uzaq məsafələr qət etməsinə, bir sıra növbələrin yaranmasına, həmçinin aptekin yüklənməsinə səbəb olurdu. Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi sözügedən tibb müəssisələrinin sakinlərinin işini xeyli asanlaşdıracaq.

Ötən ilin noyabr ayında Binəqədi rayonunda yerləşən 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində də imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilmişdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin