Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2025

Paylaşın

HƏR ŞEYDƏN

Xarıbülbül – Qələbənin və həsrətin Simvolu

Qarabağın qoynunda, Şuşanın dağlarında bir çiçək bitir – Xarıbülbül.

Zərifdir, amma başı dik, kövrəkdir, amma sınmaz.

O, torpağın göz yaşından, şəhidlərin qanından, xalqın ümidindən boy verən bir əzəmət nişanəsidir.

Əfsanədən reallığa – bir çiçəyin tarixçəsi

Xarıbülbül – el arasında belə tanınan, elmi adı “Ophrys caucasica” və ya “Ophrys mammosa” olan nadir bir bitkidir. Qədim zamanlardan Şuşanın, Qarabağın təbiətində bitən bu gül yalnız gözəlliyi ilə deyil, mənəvi dəyəri ilə də fərqlənib. Onun ləçəkləri bülbülə bənzədiyinə görə bu ad verilib.

Lakin zaman keçdikcə bu çiçək təkcə təbiətin incisi olmadı, xalqın yaddaşında, ədəbiyyatında, musiqisində dərd və həsrətin rəmzinə çevrildi. Qarabağ torpağı işğal altında qaldığı illərdə xarıbülbül sanki öz torpağından qoparılmış xalqın özüdür – susqun, amma dözümlü, əzabkeş, amma ümidli.

Əfsanələrdə və xalq yaddaşında Xarıbülbül

Qədim türk əfsanələrində deyilir ki, bir döyüşçü ağır yaralanarkən sinəsində bülbül gəzdirirmiş. Ölüm anında o bülbülün ayağına qanlı köynəyindən bir parça bağlayıb sevgilisi Aybükəyə göndərir. O gündən bəri xalq inanır ki, xarıbülbül – şəhidin son nəfəsinin, yaralı qəlbin, nakam sevginin nişanəsidir.

Bu hekayə sanki yüzillər sonra Qarabağın alın yazısına çevrildi: hər şəhidin sinəsində, hər ananın göz yaşında bir xarıbülbül cücərdi.

Vətən həsrətinin səsi

Qarabağ xanının qızı Ağabəyim ağa da uzun illər vətənindən uzaqlarda yaşadı. Onun nisgilini bir bayatı belə dilləndirir:

Vətən bağı al-əlvandır,

Yox üstündə xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül.

Bu dördlükdəki “xarıbülbül” sadəcə gül deyil – itirilmiş vətənin, həsrətin, köksdə gizlənən dərdin adıdır.

Zəfərin rəmzinə çevrilən çiçək

2020-ci ilin payızı…

Xarıbülbül bu dəfə başqa cür açdı.

O, artıq kədərin deyil, qələbənin çiçəyi idi.

İkinci Qarabağ müharibəsində canını vətənə fəda edən minlərlə qəhrəmanın xatirəsinə bu gül simvol seçildi. Şəhidlərin şəkillərində, əsgərlərin sinəsində, Zəfər yürüşündə – hər yerdə Xarıbülbül görünməyə başladı.

Bu dəfə o, daha da dik dururdu.

Çünki o, azad torpaqlarda, azad xalqın simvoluna çevrilmişdi.

Əgər bir vaxtlar Xarıbülbül susqun ağrının səsi idisə, indi o, millətin səssiz fəryadından doğan qürurun səsi oldu.

Zəriflikdə gizlənən qüdrət

Bəzən bir millətin taleyi bir simvolda cəmlənir. Azərbaycan üçün o simvol Xarıbülbüldür.

Onun ləçəklərində zəriflik, kökündə dözüm, rəngində şəhid qanının alovu gizlənib.

O, hər bir azərbaycanlının qəlbində həm yaradır, həm də yaraları sağaldır.

Bu gün Şuşanın qayalarında açan hər Xarıbülbül bizə bir həqiqəti xatırladır:

Bu torpaq canla, qanla, sevgiylə qorunub.

Və hər dəfə o gülü görəndə xalq öz şəhidlərini, öz qələbəsini, öz dirçəlişini xatırlayır.

Xarıbülbül bir güldür. O gül ki bir xalqın yaddaşıdır. Bir millətin səssiz duası, bir torpağın nəfəsidir. O, həm ağrının, həm də qürurun çiçəyidir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin