Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2025

Paylaşın

GÜNDƏM

Xankəndidə III Milli Şəhərsalma Forumu keçirilir

III Milli Şəhərsalma Forumu, NUFA3, Xankəndi

Xankəndidə “İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə” şüarı altında III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) start götürüb.

Baki-baku.azReport“a istinadən xəbər verir ki, forumda dayanıqlılıq, inklüzivlik, şəhərsalma innovasiyaları və sağlam şəhər mühitinin yaradılması əsas vurğu kimi çıxış edəcək.

Bundan əlavə, forumda geniş spektrli çağırışlar müzakirə ediləcək. Buraya mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonrakı bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi, rəqəmsal innovasiyalar, təbiətəsaslı həllər və regional tərəfdaşlıqların gücləndirilməsi daxildir.

NUFA3-də milli, regional və yerli hökumətlərin, təşkilatların, icmaların, akademik qurumların, özəl sektorun və digər aidiyyəti tərəfdaşların inteqrasiya olunmuş planlaşdırma, çoxtərəfli əməkdaşlıq və Paris Sazişi, Yeni Şəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrin lokallaşdırılması vasitəsilə iqlimədavamlı və sağlam şəhərlərin yaradılmasına töhfəsi müzakirə olunacaq.

Forumda 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı təmsil olunur. Forum, həmçinin WUF13-ə (Ümumdünya Şəhər İnkişafı Forumu) aparan yolda mühüm hazırlıq mərhələsi kimi çıxış edəcək, davamlı şəhər və regional inkişafın təşviqinə sadiq olan milli və beynəlxalq tərəfdaşlar arasında dialoq və əməkdaşlığa töhfə verəcək, beynəlxalq ən yaxşı təcrübələri nümayiş etdirəcək və yerli fəaliyyətləri stimullaşdıracaq.

NUFA3 öz işini 2025-ci il oktyabrın 17-də Bakıda bir sıra müzakirələrin keçirilməsi ilə başa vuracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

O, demək olar ki, gözə dəymir, amma kişini ideal tikilmiş kostyumdan geri qalmayan dərəcədə dəyişə bilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin