Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2025

Paylaşın

GÜNDƏM

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Çingiz Abdullayevlə görüş, Çingiz Abdullayev, Xalq yazıçısı

Oktyabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə mədəniyyət işçiləri, ədəbiyyatsevərlər və oxucular iştirak ediblər.

Görüşdə tanınmış yazıçının dünya və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin və məhsuldar yaradıcılığından geniş bəhs edilib, Azərbaycan Yazıçılar Birliyindəki fəaliyyəti də diqqətə çatdırılıb.

Çingiz Abdullayev çıxışında həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə həmçinin yazıçının həyatı və ədəbi fəaliyyətini əks etdirən videoçarx, əsərlərinə çəkilmiş filmlərdən fraqmentlər nümayiş olunub.

Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

FHN-dən Baki-baku.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin