Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/24/2026

Paylaşın

GÜNDƏM

Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib

WhatsApp Image 2026-02-24 at 15.10.00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.
Baki-baku.az xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.
Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.
Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksək qiymətləndirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Ən son

İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin "Nyukasl" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli

İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin "Nyukasl" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin