Nəşr edilmişdir 05/17/2025

Paylaşın

GÜNDƏM

“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri

“Xalq Bank” “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir.
Baki-Baku.az xəbər verir ki, bu nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub. Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə də qəzəlləri toplanıb. Müəlliflərin sırasında adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır. XX-XXI əsrlər bütöv Azərbaycanın ədəbi mənzərəsini görmək üçün vasitə olaraq ərsəyə gələn “Güney Azərbaycan poeziyası. Seçmələr” kitabı həm də keşməkeşli tariximizi əks etdirir.

“Xalq Əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri, XalqBank, Xalq Bank, Xalq Əmanəti

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib.

Ən son

GÜNDƏM

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil

GÜNDƏM

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil