Nəşr edilmişdir 10/24/2024

Paylaşın

ETNOQRAFIYA

Xalçada pambıqla təbrik yazmaq adətinin tarixi

Pambıqla təbrik yazmaq

Bu yazıda sizə keçmişdə pambığa olan sevgidən, pambıq tarlalarında baş verən sevgi macaralarından, hətta pambıqla baş kəsməkdən də danışmayacağıq. Yox, bu barədə vaxtıylə çox yazıblar, təkrara ehtiyac yoxdu. Bakı toylarındakı maraqlı bir detal haqqında danışmaq istəyirik.

Tarixən Bakı mədəniyyətinin ayrılmaz hissəsini məhz toylar təşkil edib. Mağar toyları. Toy institutu özündə çoxsaylı adət-ənənələri, maraqlı  spesefik məqamları birləşdirirdi. Bu adət ənənələri hissə-hissə işıqlandırıb oxucularımıza təqdim edəcəyik. Amma bu gün toylarda mövcud olan kiçik , amma maraqlı bir detala toxunmaq istəyirik.

Bəli, gəlib çıxdıq pambıq məsələsinin üstünə.

Yox toylarda pambıq satmırdılar, pambıqla baş kəsmirdilər. Toylarda pambıqla təbriklər yazırdılar. Mağarda asılan xalçaların üstündə…

Bəs bu adət nə vaxtdan başlayıb?

Ötən əsrin altmışıncı illərinə qədər Bakı toylarında əsas diqqət musiqi və rəqs kontentinə yönələrdi. Məkanın dekor elementlərinə çox da fikir verməzdilər. Toylar elə həyətdə, talvarın altında, bağın içində keçirilərdi.

Altmışıncı illərdən başlayaraq, xalqın rifahı artmağa başladıqca, toy adətləri də zənginləşməyə başladı. Toylar üçün xüsusi mağarlar qurulmağa başladı. Bu mağarların içini rəngarəng xalçalarla bəzəməyə başladılar. Yetmişinci illərdə isə mağarı sadəcə xalça-palazla bəzəməklə məhdudlaşmayıb, üstünə pambıqla yazılar – təbriklər, xoş arzular yazmağa başladılar. Bu detal toy keçirilən məkana xüsusi bəzək vermiş olurdu.

Xalça, pampıq, xoşbəxt olun

Bəs bu ideya ilk olaraq kimin ağlına gəlib? – bu barədə fikir yürütmək çətindi.

Ümumilikdə, şüarçılıq Sovet partiya sisteminin ayrilmaz atributu idi. Bütün nümayişlərdə, partiya iclaslarında əllərdə gəzən transporantlar, divarlara vurulan plakatlar yəqin ki yaşlı nəslin yaxşı yadındadı. Hamısının da üstündə ideoloji məzmunlu şüarlar yazılardı. Görünür ki toylarda xalşaların üstünə yazılar yazmaq adəti də bu partiya iclaslarındaki plakların əks-sədası idi. Sadəcə hər toy üçün ayrıca böyük plakatlar hazirlamaq, xüsusi rəssamlar gətizdirib təbriklər yazdırmaq mümkün deyildi. Ona görə elə əl altındakı vasitələrdən istifadə olunurdu. Xalçalar və pambıq kifayət edirdi.

Beləcə, toy mağarlarında xalçaların üstündə pambıqla təbrik yazıları yazmaq ənənəsi meydana çıxmış oldu.

Bəlkə də, ölkədə həmin vaxtlarda pik həddinə çatan pambıq yığımı kompaniyaları da insanların şüuruna təsir eləyib, artıq bütün problemləri, bütün gözəllikləri yalnız pambıqla həyata keçirməyə başlayıblar.

Məhz bu element əslində toy sahiblərinin savad və təxəyyüllərinin, estetik zövqlərinin göstəricisi kimi çıxış edirdi.

Əgər mağara girib yuxarı başdakı xalçanın üstündə əyri-üyrü pambıq hərflərlə «Kəntmizə xoş gəlmüsüz», «Toyvuz mubarek olsun», kimi yazılar oxuyurdunsa, o saat bilirdin ki, toy sahibləri ədəbi dildən xəbəri olmayan sadə zəhmətkeş insanlardı. Və ya xalçadakı səliqəli yazılarda bir qarmatik səhv tapmırdınsa və ya hərflərin ətrafında hansısa səliqəli naxışlar olardısa, o saat bilərdin ki, toy sahibləri ziyalı savadlı və zövqü olan insanlardı.

Pambıqla təbrik yazmaq

Xalçaların üstündə müxtəlif məzmunlu yazılar olardı. Bəylə gəlinin adlarından tutmuş, qonaqları salamlama yazılarına qədər. Qadın toylarında bəy özü iştirak etməsə də, xalçalarda gəlinlə bəyin ikisinin də adı yazılardı. Lakin kişi toylarında heç vaxt gəlinin adı yazılmazdı. Bu ayıb sayılardı.

Toyun gedişatı zamanı bəzən zarafatca, bəzən qəsdən kimlərsə gözdən oğurlanıb, məqamı gələndə bu pambıq hərflərdən hansısa bir hissəni, ya hərfi qopardardı. Ya da təsadüfən hansısa hərf özü qopub düşərdi. Belə olan halda xalça üzərində qəribə yazılar qalardı –  «..oyun mübarək olsun», «Allah ..barək eləsin», «Qoş.. qarıyasız.» və sair. Və ya bir hərfi dəyişərdilər və «Toyun mübarək olsun» kəlməsi dönüb olardı «Qoyun mübarək olsun.»

Pambıq yazılarla bağlı çoxlu kuryoz hadisələr daha çox qadın toylarında olardı. Belə demək olarsa, pambıq hərflər qadınların əlindən qan ağlayırdı.

O vaxtlar toylar daha çox yay aylarında , payızın əvvəllərində olardı. Havalar isti keçirdi, axşamlar da bürkü olardı. Və qalın berezent parçadan hazırlanan mağarların içində bəzən istidən nəfəs almaq da çətin olardı. Hamı istidən tərləyərdi. Belə olan halda, toya bəzənib düzənib gəlmiş xanımların kosmetikaları əriyib axardı. Tutalım gözündən tuşu axan xanım üzünü təmizləməkçün əl atardı, xalçadakı pambıq hərflərdən birini qopardıb üz gözünü təmizləyərdi.  Və bu hallar çoxaldıqca, xalçalardakı pambıq yazılardakı hərflərin sayı getdikcə azalardı. Toyun sonuna yaxın bər-bəzəkli pambıq təbriklərin yalnız bir-iki hərfi qalmış olardı ki bu da çox məzəli mənzərə yaradırdı.

Pambıqla təbrik yazmaq

Toy yiyəsi sərt adam olardısa, qadınları danlayardı ki, hərflərə dəyməsinlər. Amma xeyri olmazdı, toy sahibinin başı qarışan kimi, xalçalardakı hərflər yenə bir-bir yoxa çıxardı.  

Əsrin sonlarına yaxın satışda hazır dekor hərfləri çıxdıqca artıq pambıqla xalça üzərində yazılar yazmaq ənənəsi də aradan qalxmış oldu. Hamı hazır hərfləri alıb xalçaların üstünə yapışdırmağa başladı.

Əfsus ki, texnalogiya inkişaf elədikcə, bir çox maraqlı etnoqrafik ənənələr də, tarixin yaddaşına qovuşmuş olur. Yalnız yaddaşlarda qalır…

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan