Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/16/2025

Paylaşın

GÜNDƏM

Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Xaçmaz Reabilitasiya Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Baki-baku.az-ın Xaçmaza ezam olunmuş müxbiri xəbər verir ki, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 14 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin, eləcə də 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir.

Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Cari ilin 11 ayında Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan 5 mindən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.

Qeyd edək ki, Agentliyin tabeliyində ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 130 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Ulu Öndər Heydər Əliyevin kosmik sahəyə baxışına, bu istiqamətdə görülən işlərə, aparılan uğurlu siyasətə nəzər yetirir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin