Nəşr edilmişdir 05/26/2025

Paylaşın

GÜNDƏM

Xəzər sahilindəki çimərlikdə yay mövsümü ərəfəsində təmizlik işləri aparılıb

Çimərlik mövsümü ərəfəsində paytaxtın Xəzər rayonu ərazisində sahilyanı təmizlik aksiyası keçirilib.
Baki-baku.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.
Keçirilən aksiya Şüvəlan qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan 2 ton tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü