Nəşr edilmişdir 06/10/2025

Paylaşın

GÜNDƏM

Xəzər rayonunda su təchizatına dair görülən işlər açıqlanıb

su təchizatına dair görülən işlər, Xəzər rayonu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

Xəzər rayon əhalisinin dayanıqlı və keyfiyyətli içməli su təchizatı və tullantı sularının axıdılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xəzər rayon Sukanal İdarəsi işləri müntəzəm davam etdirir.
Baki-baku.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadla xəbər verir ki, idarənin işçi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və şəbəkələrdə baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır.
Xəzər Rayon Sukanal İdarəsinin Baş mühəndisi Emil Abbasov bildirib ki, “Xəzər Rayon Sukanal İdarəsi 62 min 250 abonentə xidmət göstərir. Əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Sukanal İdarəsinin Qəza xidməti 24 saat xidmətdədir”.
Baş mühəndisin bildirdiyinə görə, su təchizatının yaxşılaşdırılması üçün Mərdəkan qəsəbəsi Sahil küçəsində diametri 200 millimetr olan xəttin üzərinə siyirtmə quraşdırılır. Paralel olaraq Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsini 110 millimetrlik xətdə baş vermiş qəzanın aradan qaldırılması, Yesenin küçəsində kanalizasiya xəttində tutulmanın, Mərdəkan qəsəbəsi 28 May küçəsində su qəzasının aradan qaldırılması planlaşdırılıb.
Dövlət proqramına uyğun olaraq bir il ərzində Xəzər rayon Sukanal İdarəsi tərəfindən müxtəlif diametrli 17 min 300 paqonometr su xətti çəkilib, 926 ədəd ev birləşməsi verilib, 1270 paqonometr müxtəlif diametrli istismara yararsız polad xətt dəyişdirilib. Şüvəlan qəsəbəsi, Mayak bağ massivində 5900 paqonometr, Buzovna qəsəbəsində Zaqulba prospektinin kənarında isə 1700 paqonometr su xətti çəkilib.
Rayonun içməli su təchizatı ilə bərabər kanalizasiya şəbəkəsi istiqamətində də bir sıra işlər həyata keçirilib. Belə ki, idarə tərəfindən 2400 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib, 39 ədəd baxış quyusu, 1000 paqonometr qrunt və yağış suyu şəbəkəsi qurulub. Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsində 2100, Comərdli küçəsində 300 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib. Şağan qəsəbəsi, Yeni sahə adlanan ərazidə isə 1000 paqonometr müxtəlif diametrli qrunt və yağış suyu şəbəkəsi qurulub.
Baş mühəndisi Emil Abbasov onu da qeyd edib ki, Xəzər Rayon Sukanal İdarəsinin xidməti ərazilərində yağıntılardan sonra yaranan subasma hallarının aradan qaldırılması üçün bəzi tədbirlər görülüb. Belə ki, Şağan qəsəbəsi Yeni sahədə 700 paqonometr 160 millimetrlik təzyiqli xətt çəkilib, 800 paqonometr müxtəlif diametrli özüaxımlı xətlər çəkilərək drenaj sistemi qurulub. Yığılan yağış suları nasos vasitəsilə kənarlaşdırılır. Bundan əlavə Binə qəsəbəsi Babək küçəsində həyətlərə yığılan suların nəql edilməsi üçün 1100 paqonometr diametri 110 millimetr olan yağış su xətti də inşa edilib.
Qeyd edək ki, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə Xəzər rayon Su Kanal İdarəsinin xidməti ərazilərində bir sıra layihələrin icrası həyata keçirilir. Belə ki, Binə qəsəbəsi Bolluq yaşayış massivində 6990 paqonometr müxtəlif diametrli su xətlərinin çəkilməsinə başlanılıb. Bundan başqa Şüvəlan qəsəbəsində istismara yararsız olan 1270 paqonometr müxtəlif diametrli polad su xətti yeni polietilen xətlə əvəz olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a ADY-dən məlumat verilib

Ən son

GÜNDƏM

Minimalist, lakin məna yüklü dekorasiyalar – təkcə məkan yaratmır, həm də personajların daxili aləmini vizuallaşdırır.

GÜNDƏM

Minimalist, lakin məna yüklü dekorasiyalar – təkcə məkan yaratmır, həm də personajların daxili aləmini vizuallaşdırır.