Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2025

Paylaşın

GÜNDƏM

Xətai sakinlərinin narahatlığı artmaqdadır: Nə qırılmış ağac yığışdırılır, nə də narkotik reklamı silinir

Bakının Xətai rayonu, 8 Noyabr prospekti, bina 84 ünvanında yaşayan sakinlər artıq bir ildir ki, ərazidəki problemlərlə təkbaşına mübarizə aparırlar.
Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətdə bildirilir ki, bina yaxınlığında bir ağac kötüyündən qırılıb və uzun müddətdir həmin yerdə qalıb. Sakinlər dəfələrlə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etsələr də, nə ağac yığışdırılıb, nə də məsələ ilə maraqlanan olub.
Bundan başqa, eyni ünvanda – binanın üzərində və “Ağ şəhər”lə üzbəüz hasarın üzərində narkotik alqı-satqısı ilə əlaqəli SKMEF adlı elan yerləşdirilib. Sakinlər bu yazıları özləri silməyə çalışsalar da, bu da mümkün olmayıb. Üstəlik, Xətai rayon MKTB məsələyə biganə yanaşır və problemin həlli istiqamətində heç bir addım atmır.
Ətraf mühitin baxımsız vəziyyətdə saxlanılması, ictimai yerlərdə narkotiklə bağlı elanların açıq şəkildə nümayiş olunması həm uşaqlar, həm də böyük sakinlər üçün ciddi narahatlıq doğurur. Sakinlər bu məsələlərin tezliklə aradan qaldırılmasını və Xətai MKTB-nin məsuliyyətli davranmasını tələb edirlər.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb