Nəşr edilmişdir 07/15/2025

Paylaşın

GÜNDƏM

Xətai rayonunda “Dahi” adlı konsert proqramı təşkil edilib

Xətai rayonunda iyulun 14-də Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Dahi” adlı konsert proqramı təşkil edilib.

Baki-baku.az xəbər verir ki, Heydər Əliyev parkında amfiteatr səhnəsində keçirilən konsertdə Xətai Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələri, qazilər, H.Əliyev adına Ali Hərbi İnstitutun kursantları, ziyalılar və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, ulu öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər. Daha sonra tanınmış incəsənət ustaları ulu öndərə həsr edilmiş musiqiləri tamaşaçılara təqdim ediblər.

Sonda atəşfəşanlıq olub. Konsert sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ABŞ-nin HBO kabel və peyk teleşəbəkəsi Harri Potter haqqında yeni televiziya serialının çəkilişlərinə başlayıb

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki Nyu-Yorkda baş verən hadisələr bunu bir daha sübut edir

GÜNDƏM

Baki-baku.az xəbər verir ki Nyu-Yorkda baş verən hadisələr bunu bir daha sübut edir