Xəzər dənizində zəlzələ baş verib.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb. Məlumata görə, 3.4 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 12:34-də qeydə alınıb.Qeyd edək ki, zəlzələ ocağının dərinliyi 67 kilometr olub.