Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

GÜNDƏM

WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb

WUF13

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionuna gediş-gəlişi təmin etmək məqsədilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Bu barədə Baki-baku.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, bu gün saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi K1 servis avtobusu 24/7 rejimində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Bakı Olimpiya Stadionu (BOS) arasında sərnişin daşımalarını həyata keçirəcək.

WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı hesab olunan “Koroğlu” iştirakçılar üçün Bakı Metropoliteni, ADY-nin şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat və inteqrasiya olunmuş nəqliyyat bağlantısı təqdim edir.

K1 servis avtobusu “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin 4A perronundan hərəkət edir.

Xüsusi servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları ödənişsiz istifadə edə biləcəklər.

Akkreditasiya kartı olmayan iştirakçılar qeydiyyatın təsdiqləndiyini göstərən məktubu təqdim edərək nəqliyyat xidmətindən ödənişsiz istifadə edə bilərlər.

Bildirilib ki, WUF13 çərçivəsində həyata keçiriləcək xüsusi nəqliyyat həlləri iştirakçıların tədbir məkanına təhlükəsiz, komfortlu və çevik şəkildə çatmasına imkan yaradacaq.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.

Ən son

GÜNDƏM

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə

GÜNDƏM

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin