Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/16/2026

Paylaşın

GÜNDƏM

WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib

IMG-20260516-WA0044

Mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı 6 küçə və prospektdə ümumi uzunluğu 41,5 kilometr olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb.

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 34 küçə və prospektdə (ümumi 170 kilometr) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 kilometrdən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.
Məlumata əsasən, şəhər ərazisində təşkil edilən mikromobillik zolaqlarının uzunluğu 63,2 kilometrə çatdırılıb. Bakının küçə və prospektlərində təşkil edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.

Kiçik elektrikli nəqliyyat vasitələri üçün parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün xarici mobil nömrələrdən qeydiyyatın aparılma imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşası nümayiş olunub.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin