Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib

WhatsApp Image 2026-05-26 at 11.33.54

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə (15-24 mayda) Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 194 min 793 sərnişinə xidmət göstərib.
Baki-baku.az hava limanına istinadən xəbər verir ki, onlardan 100 mindən çoxu gələn, 94 min nəfəri isə gedən sərnişinlər olub.
WUF13 çərçivəsində Bakıya gələn beynəlxalq nümayəndə heyətləri, dövlət rəsmiləri və forum iştirakçıları nəzərə alınaraq aeroportda əməliyyat koordinasiyası, sərnişin xidmətləri və nəqliyyat bağlantıları üzrə gücləndirilmiş iş rejimi tətbiq olunub.
Sərnişinlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkət etməsi məqsədilə xüsusi nəqliyyat marşrutları təşkil edilib, əlavə mexanizmləri işə salınıb və operativ xidmət həlləri tətbiq olunub. Eyni zamanda, terminal daxilində sərnişin axınının effektiv idarə olunması və xidmət çevikliyinin artırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tədbirlərdə yüksək əməliyyat davamlılığının təmin olunması, sərnişin məmnuniyyətinin qorunması və beynəlxalq xidmət standartlarına uyğun təhlükəsiz səyahət təcrübəsinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın

Ən son

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin