Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/05/2026

Paylaşın

GÜNDƏM

WUF13-də nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb

WhatsApp Image 2026-05-05 at 11.00.23

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb.
Baki-baku.az xəbər verir ki, xəritə bu gün ictimaiyyətə təqdim edilib.
Xatırladaq ki, WUF13-də iştirak etmək üçün 176 ölkədən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhər”lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib ki, tədbirin uğuru hər şeydən əvvəl nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkil olunmasından asılıdır: “Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş istiqamət üzrə fəaliyyət göstərəcəyik. Bunlardan biri Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz rejimdə fəaliyyəti və iştirak edən bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə fasiləsiz izlənməsidir. 2-cisi, otellər, hava limanı və tədbir məkanını birləşdirən və qrafik əsasında çıxış edən avtobus sisteminin yaradılması, 3-cüsü yol hərəkətinin və tənzimləmələrin idarə edilməsi, 4-cüsü mühüm və çox mühüm şəxslər üçün nəqliyyat planının hazırlanması, 5-cisi isə şəhər üzrə aydın nişanlanma ilə seçilmiş müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılmasıdır”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib.

Ən son

Mədəniyyət

Bu peşə bayramı ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan

Mədəniyyət

Bu peşə bayramı ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin