Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində tarixi şəhərlərdə rəqəmsal transformasiya imkanları müzakirə olunur

WUF13

Tarixi şəhərlərdə rəqəmsal transformasiya – ağıllı irs, məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusunda keçirilən tədbirdə rəqəmsal texnologiyaların tarixi şəhərlərin idarə olunmasına töhfələri müzakirə edilir.

Baki-baku.az xəbər verir ki, tədbir irs qurumlarını, şəhərsalma üzrə ekspertləri və akademik nümayəndələri bir araya gətirərək rəqəmsal transformasiyanın tarixi şəhərlərin idarə olunmasında roluna dair fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.

Bildirilir ki, sessiya ağıllı irs idarəçiliyi, turizm axınlarının tənzimlənməsi, nəqliyyat və mobilliyin optimallaşdırılması, mülkiyyət idarəçiliyi və məlumatlara əsaslanan şəhərsalma qərarlarının qəbulu kimi istiqamətləri əhatə edir. Qeyd olunur ki, İçərişəhər, Şuşa və Şəki nümunələri əsasında mədəni irsin, turizmin, yaşayış mühitinin və şəhər xidmətlərinin kəsişdiyi tarixi şəhər məkanlarının idarə olunmasına dair praktik yanaşmalar təqdim edilib.

Tədbirdə həmçinin İçərişəhərdə tətbiqi nümayiş etdirilərək rəqəmsal alətlərin UNESCO Ümumdünya İrs siyahısına daxil olan ərazilərdə irsin qorunması, ziyarətçi axınının idarə olunması, mobilliyin tənzimlənməsi və şəhər aktivlərinin effektiv idarə edilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Ən son

Mədəniyyət

Baki-baku.az xatırladır ki, Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də başlayır

Mədəniyyət

Baki-baku.az xatırladır ki, Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də başlayır
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin