Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/04/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək

IMG-20260504-WA0123

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev prospekti – Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov, Mikayıl Müşfiq küçələrində yaradılacaq.

Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhər”lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yazıçılar Birliyinin katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi neft milyonçusu və mesenat Murtuza Muxtarov obrazına müraciət edərək yeni pyes

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin