Mobil internetin qənaəti və evdən çıxarkən “Wi-Fi”ni söndürməmək vərdişi smartfonlarımızın kibercanilərin hədəfinə çevrilməsinin əsas səbəbləridir.
Baki-baku.az bu barədə İzvestiya.ru-ya istinadən xəbər verir.
Sahə üzrə rusiyalı mütəxəssis Aleksandr Qolubçikov deyir ki, ümumi istifadədə olan “Wi-Fi” ilə bağlı ən ciddi kibertəhdidlərdən biri vasitəçi hücumlarıdır. Bu hallarda cinayətkarlar cihazınızla “Wi-Fi” giriş nöqtəsi arasında olaraq məlumatları ələ keçirə bilərlər.
“Kibercanilərin parollar və kart nömrələri kimi məxfi məlumatları oxuması, dəyişdirməsi və ya hətta oğurlaması mümkündür. Hər kəs ümumi “Wi-Fi” şəbəkəsinə qoşula bildiyindən, internetdə məlumatlarınızı kimin izləyə və ya ələ keçirə biləcəyini dəqiq müəyyən etmək mümkün deyil”, – deyə Qolubçikov bildirib.
Ekspertin qeyd etdiyi üçüncü təhdid kibercanilərin yaratdığı saxta “Wi-Fi” şəbəkələridir. Bu şəbəkələr həqiqi kimi görünür, lakin əslində məlumatları oğurlamaq üçün nəzərdə tutulub. Onlara qoşularaq siz bilmədən məlumatlarınızı açıqlayırsınız.
Ekspert ictimai “Wi-Fi” şəbəkələrində məlumatlarınızı qorumaq üçün ümumi istifadədə olan “Wi-Fi”a qoşulduğunuz zaman bank əməliyyatları və ya onlayn alış-veriş kimi məxfi əməliyyatlardan çəkinməyi məsləhət görür.
Bundan əlavə, ekspert cihazları və proqram təminatını mütəmadi olaraq yeniləməyi tövsiyə edir.