Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/08/2025

Paylaşın

GÜNDƏM

Vüqar Bayramov: “Qarabağ və Şərqi Zəngəzur artıq yeni iqtisadi inkişaf mərhələsinə daxil olub”

IMG-20251108-WA0072

Azad edilmiş ərazilərin bərpası həm məskunlaşma, həm də iqtisadiyyatın formalaşması və reinteqrasiyası baxımından xüsusi önəm daşıyır.

Bu sözləri Baki-baku.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi başladılıb:

Ötən 5 ildə bu məqsədlə 22 milyard manatdan artıq vəsait ayrılıb. Artıq 60 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayır. Onlardan 16 mindən çoxu daimi məskunlaşan keçmiş məcburi köçkünlərdir. Bu, onu göstərir ki, qısa müddətdə həm intensiv yenidənqurma, həm də məskunlaşma prosesi həyata keçirilib”.

Vüqar Bayramov qeyd edib ki, dağıdılmış şəhər və kəndlərin beynəlxalq standartlara uyğun şəkildə bərpası Azərbaycanın maliyyə dayanıqlılığının bariz nümunəsidir.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşması artıq reallığa çevrilir:

“Bu gün həmin ərazilərdə həm infrastruktur layihələri həyata keçirilir, həm də xarici sərmayə cəlbi baş verir. Son iki ildə yalnız Ağdərə, Xankəndi və Xocalıya 50 milyon manata yaxın investisiya yatırılıb”.

Vüqar Bayramov bildirib ki, bölgə yalnız ənənəvi aqrar sektorla kifayətlənməyərək. Eyni zamanda sənaye, emal və innovativ sahələrin inkişaf edəcəyi yeni iqtisadi mərkəzə çevriləcək.

“Bu o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur növbəti mərhələdə Azərbaycanın iqtisadi inkişafının əsas lokomotivlərindən biri olacaq”, – deyə Milli Məclisin deputatı qeyd edib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin