Nəşr edilmişdir 12/04/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Vinsent Van Qoqun möhtəşəm “Süsən çiçəklər”i

Süsən çiçəkləri

9 May 1889-cu il. Niderlandlı rəssam Vinsent Van Qoq ruhi xəstəxanaya köçdükdən bir gün sonra ərazidəki bağçada çiçəklər çəkməyə başladı. Yaranan “Süsənlər” indi Los-Ancelesdəki “Getty Centre” muzeyində saxlanılır, burada ziyarətçilər rəsmdəki mavi çiçəkləri seyr edə bilərlər. Ancaq yeni bir araşdırmadan sonra məlum olub ki, ziyarətçilər indiyə kimi şəklin çox dəyişmiş bir versiyanı görürlər. Əslində, Van Qoq fərqli rəngli çiçəklər çəkibmiş.

Bəs həqiqət nə idi?

“Ultrabənövşəyi: Van Qoqun süsənlərinin yeni işığı” adlı sərgidə mühafizəkar alimlərin zamanla işığın süsənlərin bəzi rənglərini necə geridönməz şəkildə dəyişdirdiyini göstərmək üçün birgə iş ortaya qoyublar. Sərginin keçirildiyi uzeyin direktoru Timati Potts qeyd edir:

“İllərdir Van Qoqun “Süsən çiçəklər”ini araşdırmaq istəyirdik. Covid pandemiyası zamanı muzeyin bağlanması şəklin geniş miqyaslı tədqiqat və təhlil üçün studiyaya köçürülməsinə imkan verdi. Bu sərgi həmin tədqiqatların nəticələrini göstərir”.

Layihənin yekun nəticəsinin meydana çıxmasında Van Qoqun şəxsən özünün böyük “rolu” olmuşdu. Belə ki, görkəmli rəssam qardaşı Theoya yazdığı məktublardan birində bənövşəyi süsənlər üzərində işlədiyini yazırdı. 1889-cu ildə sənətşünas Feliks Feneon da “süsənlər”də bənövşəyi ləkələr haqqında yazmışdı.

Bənövşəyi rəngi nəzərə alaraq “Getty Centre”nin mühafizəkar alimləri ən kiçik detalları görmək üçün əsəri stereo mikroskopla araşdırdılar. Daha sonra cisimlərin elementar tərkibini təyin etmək üçün qeyri-invaziv bir vasitə olan floresan rentgen spektroskopiyası ilə süsənləri incələdilər.

Alimlər “Süsən çiçəklər” əsərində Van Qoq və onunla eyni dövrdə – XIX əsrin sonlarında yaşayıb-yaratmış digər sənətkarlar tərəfindən tez-tez istifadə olunan qırmızı bir piqment tapdılar. İndi məlum olur ki, Van Qoq “süsənlər” üçün bənövşəyi rəng yaratmaqdan ötrü qırmızı rəngi mavi ilə qarışdırırdı. Ancaq “geranium lake” adlı qırmızı piqment işığa çox həssasdır. Bu piqmentin solması səbəbindən indi eyni adlı şəkildəki sünbülləri bənövşəyi deyil, mavi görürük.

Tədqiqat zamanı elm adamları rəsmin sol alt küncündə qalın boya ilə örtülmüş bir çiçək tozu (polen) da tapdılar. Həmin çiçək tozu, ehtimal ki, Van Qoqun müalicə olunduğu «Saint-Remy-de-Provence» xəstəxanasının bağçasında olan çətir şamının məhsuludur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a