Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/07/2026

Paylaşın

TARİX

VII Eduardın tarixi cinayəti –  Yandırılan məktublar, susdurulan məhəbbət

Viktoriya və Albertin dillərə dastan sevgisi 

Ölümündən əvvəl Viktoriya dəfn mərasimində tabutunun yanında Mirzə Əbdül Kərimin addımlamasını vəsiyyət edir. Bu şərəfə yalnız kral ailəsi üzvləri və ya zadəganlar layiq görülürdülər.

Əbədi sevginin ünvanı olan müqəddəsliklər çoxdur yer üzündə. Mümtaz Mahalın şərəfinə ucaldılan Tac-Mahal Kompleksi,  Möminə xatunun eşqinə kərpic-kərpic hörülən “Möminə xatun türbəsi”,  Bibixanımın nisgilinə səma incisindən – göy mərmərdən  salınan “Bibixanım türbəsi” onlardan ən çox diqqət çəkənidir.  Bu abidələrin hər biri türklərin  cənnəti ayaqlarının altında saxlayan sevgili xatunlarına sevgisinin göstəricisidir. Dünyada bir abidə də var ki, o sivilizasiyaların, mədəniyyətlərin dialoq, əbədi sevginin hüdudları məlum olmayan ünvanıdı. Sərhəd tanımayan eşqin məskəni olan “Viktoriya və Albert” muzeyi 1852-ci ildə London şəhərində, Böyük Britaniyada qərbli Kraliça Viktoriya ilə şərqli Mirzə Məhəmməd  Əbdül Kərimin xatirəsinə quruldu. Dörd milyondan çox eksponatın qorunduğu 145 zalda  ziyarətçilərə təqdim olunan  təkcə dünya ölkələrinin mədəniyyətini əks etdirən qızıl və zinət əşyaları, keramika məhsulları, müxtəlif geyim nümunələri, çap məhsulları və tayı – bərabəri olmayan məişət əşyaları deyil, dünyanın məşhur memar və rəssamlarının, fotoqraflarının, modelyerlərinin inciləri ilə yanaşı ,burada  foto şəkillər, kitablar, musiqi alətləri, İtaliya, Misir, Yunanıstan, Roma, bir sözlə Şərq və Qərb dəyərlərinin inciləri mühafizə olunur, sərgilənir.  Odlar Yurdu Azərbaycanın sənət – mədəniyyət incilərinə də ev sahibliyi  edən “Viktoriya və Albert” muzeyində klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı,  Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ xalçaları, 1539-cu ildə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məhcidi üçün toxunan, “Şeyx Səfi”  adı ilə  dünyada məşhur olan xalı, 1319-cu ilə aid bürünc cam qorunur.

Ümumbəşəri dəyərlərin xəzinələrindən sayılan  “Viktoriya və Albert” muzeyinə gələnlər şübhəsiz ki,  hər bir sənət nümunəsində ruhunun bir zərrəsini, hissəsini gördüyü kimi, həm də Viktoriya ilə Albertin din, dil, irq fərqi, yaş həddi tanımayan məhəbbətin kitabını vərəqləyir… 

Bu dostluq Viktoriyanın yaxınlarının, saray əyanlarının etirazına səbəb olur

Deyirlər, 1887-ci ildə Böyük Britaniya kraliçası Viktoriyanın taxta çıxmasının 50 illik yubileyi təntənə ilə qeyd olunur. Ziyafət zamanı Viktoriyanın diqqətini masalara xidmət edən, Hindistandan gələn 24 yaşlı Əbdül Kərim cəlb edir.  Bunun səbəbi vardı. Rəsmi dövlət tədbirlərində və ziyafətlərdə Kraliçanın üzünə baxmaq qadağan idi, lakin gənc Əbdül Kərim Viktoriyanın  nəinki üzünə, cəlbədici baxışlarla gözlərinə baxır. Bu onun diqqətindən yayılmır.  Bura qədər  Əbdül Kərimin atası bir təbib kimi Kraliçanın rəğbətini qazanmışdı.  Əbdül Kərimin bu cəsarətindən sonra o, Kraliçanın qəbuluna dəvət olunur. Əbdül Kərimin düşüncəli baxışları, gözəl nitqi, xətti, eyni zamanda bir neçə dil bilmək qabiliyyəti maraqla qarşılanır. Bundan sonra Əbdül Kərim bütün səfərlərdə  Viktoriyanın yol yoldaşına, sirdaşına çevrilir. Kraliça ondan ərəb əlifbası ilə yazmağı və urdu dilini öyrənir. Tezliklə 24 yaşlı gənc “Münşi”, yəni “Mirzə” tituluna yüksəlir. QuraniKərimi əzbərdən bilən Mirzə Əbdül Kərim Kraliçanı İslam dini ilə tanış edir.  Əbdül Kərimə olan hörməti sayəsində Kraliça onun bütün ailə üzvlərini Böyük Britaniyaya köçürür. Bu dostluq Viktoriyanın yaxınlarının, saray əyanlarının etirazına səbəb olur. Buna görə hətta yaxınları Viktoriyanı hakimiyyətdən uzaqlaşdırmaq  qərarına gəlirlər. Çünki Mirzə Əbdül Kərim hər dəfə Kraliçadan təbəsində olan ölkələr üçün daha çox imtiyazlar istəyir.  Saray əyanları bu məsələlərə etiraz etdik də  isə Kraliça onları irqçilikdə ittiham edir.

“Avropanın nənəsi”nin sonsuz sevgisi 

 Münşi Məhəmməd Əbdül Kərim 1863-cü ildə Hindistanın şimalında, müsəlman ailəsində anadan olmuşdu. Urdu və fars dillərini bilən  Mirzə fəaliyyətə atasının feldşer kimi çalışdığı Aqradakı həbsxanada katib olaraq başlamışdı. Aqradan olan həbsxana feldşerinin oğlu “Avropanın nənəsi” adlandırılan Viktoriyanın şəxsi katibinə çevrildikdən sonra sonsuz, hüdudları məlum olmayan bir sevgi dastanı yaranmışdı. Bütün rəsmi və qeyri-rəsmi səfərlərdə Viktoriyanı müşayiət edən Mirzə Əbdül Kərimlə Kraliça arasında 40 yaş fərq var idi.  Bir gün Kraliça Viktoriya Mirzə  Əbdül Kərimin masa arxasında qulluqçu kimi xidmət göstərdiyi bütün şəkillərinin məhv edilməsi haqqında göstəriş verir. Üstəlik ona Hindistanda böyük torpaq sahəsi  bağışlayır.  Əldə olunan məlumatlardan, bu böyük sevginin şərəfinə yazılan kitablardan və çəkilən filmdən bəlli olur ki, dövrü üçün Böyük Britaniyanın döyünən qəlbi sayılan Kraliça Viktoriya Mirzə Əbdül Kərimə yazdığı bütün məktublarını “Sənin ən yaxın dostun”, “Səni sevən anan” imzaları ilə tamamlayır. Bu münasibətlər Kraliça dünyasını dəyişənə qədər, 14 il davam edir. Ölümündən əvvəl Viktoriya dəfn mərasimində Mirzə Əbdül Kərimin tabutunun yanında addımlamasını vəsiyyət edir. Bu şərəfə yalnız kral ailəsi üzvləri və ya zadəganlar layiq görülürdülər. Əldə olunan məlumatlardan o da bəlli olur ki, Viktoriyanın tabutunun qapağı örtülməzdən əvvəl Mirzə Əbdül Kərim onun üzünü son dəfə görmək istədiyini bildirir və bu istəyinə nail olur.

Sevgisinə fəda olan Mirzə Əbdül Kərim 46 yaşında heç bir varisi olmadan dünyadan köçür

Kraliça dünyaya vida nəğməsi oxuduqdan sonra Viktoriyanın varisləri Mirzə  Əbdül Kərimi Vindzor sarayından çıxarırlar. 1901-ci il yanvarın 22-də kral VII Eduard  Məhəmməd Mirzə Əbdül Kərimin  yaşadığı evə hərbçilər yollayıb axtarışlar apartdırır. Kraliça ilə  Mirzə  Əbdül  Kərim  arasında olan bütün yazışmalar yandırılır.  Bundan sonra ondan İngiltərəni tərk etməsi tələb edilir və Əbdül Kərimə ailəsinin və özünün daha ciddi şəkildə cəzalandırılmaması üçün susması tapşırılır. Vətənə – Hindistana qayıdan Məhəmməd Əbdül Kərim Kraliçanın ona bağışladığı malikanədə yaşayır.  Sonsuz, hüdudları məlum olmayan sevgisinə fəda olan Mirzə Əbdül Kərim 1909-cu ildə, 46 yaşında heç bir varisi olmadan  dünyadan köçür.

Şrabani Viktoriyanın Kral Arxivindəki illərlə toz içində qalan, urdu dilində yazılan gündəliyini tapır

Qanq çayında sular durulduqdan, Hindistan hürriyyətə qovuşduqdan sonra   Mirzə Əbdül Kərimin yaxın qohumları Pakistana köçüb gedərkən  ona məxsus bütün arxivi də özləri ilə aparırlar.  Üstündən illər ötdükdən sonra İngiltərədə yaşayan jurnalist Şrabani Basu Britaniya kral sarayında olarkən Şərq görünüşlü şəxsin büstünə və portretlərinə rast gəlir. Araşdırmalar zamanı Şrabani Viktoriyanın Kral Arxivindəki illərlə toz içində qalan, urdu dilində yazılan gündəliyini tapır. 2010-cu ildə Şrabani Basunun “Viktoriya və Albert” kitabı işıq üzü görür. Həmin vaxt Hindistana yollanan jurnalistə Bəyim Qəmər Cahan adlı qadından zəng gəlir. O, Mirzə Məhəmməd  Əbdül Kərimin gündəliyinin onda olduğunu bildirir. Gündəlik də daxil olmaqla, Mirzəyə məxsus bütün sənədlər Şrabaniyə  təqdim edilir. 2017-ci ildə həmin kitab və sənədlər əsasında dillərə dastan  “Viktoriya və Albert” filmi çəkilir. Filmdə həmçinin Knut Hamsunun “Viktoriya” romanından istifadə edilir. 

Bu həzin, kövrək, hüdudsuz sevgi dastanı ilə tanış olduqdan sonra düşündüm: dünyanı gerçəkdən də, məhəbbət və mərhəmət xilas edəcək. Viktoriyanın mərhəmət, Albertin məhəbbət dolu duyğularına bu gün iki qütbə – Qərbə və Şərqə yenidən bölünən dünyanın daha çox ehtiyacı var…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Fondun

Ən son

TARİX

Ölümündən əvvəl Viktoriya dəfn mərasimində tabutunun yanında Mirzə Əbdül Kərimin addımlamasını vəsiyyət edir. Bu şərəfə

TARİX

Ölümündən əvvəl Viktoriya dəfn mərasimində tabutunun yanında Mirzə Əbdül Kərimin addımlamasını vəsiyyət edir. Bu şərəfə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin