Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/24/2025

Paylaşın

TARİXİMİZ

Varlığını dünəndən bu günə daşıyan türklər

Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən sərkərdə-xaqanlarımız fəth etdikləri torpaqlarda təkcə qüdrətli dövlətlər, imperiyalar qurmadılar. Böyük Köçün qopduğu yoldan keçərək mənsub olduqları millətin əbədi var olması üçün onun dəyərlərinin yer üzünə yayılmasına nail oldular. 

Göytürklərin varisləri – Türkataları

Türküstanın milli-mənəvi dəyərlər tarixinin yaradıcılarının sirasında yer alan, Göytürklərin varisləri kimi tanınan milyon yarımlıq nüfusu ilə Özbəkistan və Qırğızıstanın inkişafına tövhələrdə bulunan Türkataları əski gələnəkləri, mədəniyyətləri ilə Oğuz oğlunun ruhunun davamçıları kimi bugün də dünyanın diqqət mərkəzindədirlər. Əsasən əkinçilik və heyvadarlıqla məşğul olan Türkataları ilxıçılıq təsərrüfatları ilə də məhşurdurlar.

Özünəməxsus süfrə mədəniyyətləri, toxuculuq, xalçaçılıq qabiliyyətləri ilə tanınan Türkataları soydan və boydan gələn dini, milli dəyərlərini də qorumaqdadırlar. Süfrələrindən qımızı, beşbarmağı əskik etməyən Türkataları milli musiqilərini, alətlərini də qorumaqdadlırlar. Tambura və davulu milli musiqi alətləri kimi qoruyan Türkataları düyün və yas mərasimlərini də əski gələnəklərdən, törə qanunlarından gələn ənənələrlə təşkil edirlər.

1075 il öncə Türkiyə adı ilə Avropada mövcud olan dövlət

Min illər boyu Doğudan Batıya at çapan türklər qədəm qoyduqları ölkələrdə adları, imzaları ilə bağlı dövlətlər qurdular. Onlardan biri də 1075 il öncə Türkiyə adı ilə Avropada mövcud olan Türk dövlətidir. 950-ci ildə Bizans İmperatorluğu tərəfindən hazırlanan kitabda Hun türklərinin yerləşdiyi torpaqların Türkiyə olaraq tanınması barədə məlumatlar verilir. Bizans İmperatorluğuna aid olan xəritədə də bu qədim Hun dövləti Türkiyə olaraq təsvir edilir. Bu bir quruluşun deyil, Bizans İmperatorluğunun türklərin Avropadakı mövcudluqlarının, torpaqlarının və varlıqlarının etirafıdır.

Güney Azərbaycan – yurdumuzun bir parçası

Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, “Gülüstan”, “Türkmənçay” müqavilələri ilə İmperiyalar arasında bölünən Odlar Yurdu Azərbaycanın ayrılnaz tərkib hissəsi sayılan Güney Azərbaycan ruhumuzun və yurdumuzun bir parçası olmaqla yanaşı, həm də dünya türklərinin özünü evlərindəki kimi hiss edəcəkləri bir diyardır. 50 milyondan çox türkün yaşadığı bu torpaqlar qədim türk coğrafiyasına aid olmaqla yanaşı, Turanın Türk dünyasının gözünün nurudur. Təbriz türkün qəlbidir deyə bu gün də varlığı ilə qürur duyduğumuz Güney Azərbaycan Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyaları, Milli Firqəni və Milli Höküməti qurduğumuz, Xürrəmilər hərəkatının təməlini qoyduğumuz, Babək Xürrəmi “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir!” nidası ilə xilafətə meydan oxuduğumuz diyarımızdır. Əski türklərin – Qəznəlilərin, Səlcuqlularının sarayında sultan olduğu Güney Azərbaycanda Makedoniyalı İskəndərdən, Əmir Teymurdan sonra adını tarixə Hindistanın fatehi kimi yazan Nadir şah Əfşar Səfəvilər İmperiyasından sonra Əfşarlar, Ağa Məhəmməd şah Qacar isə Qacarlar imperiyasını qurdu. 1920-ci ilin aprelində Şərqin ilk Demokratik Cümhuriyyəti iflasa uğradıldıqdan sonra bir türk, azərbaycanlı olaraq dövlətçilik ənənələrimizi Güney Azərbaycanda qoruyub yaşadan dədələrimiz Milli Hökuməti qurdu. Ötən əsrin 80-ci illərin Milli azadlıq hərəkatı başlayanda isə ilk sökdüyümüz sərhəd məftilləri, sınır çəpəri Güney və Quzey Azərbaycan arasında, Arazın sahilində, Naxçıvanda oldu.

Bu gün Azərbaycan azaddır müstəqildir, Qarabağda, Şərqi Zəngəzurda tarixi Zəfərə imza atan qüdrətli dövlətdir. Güney Azərbaycan onun, eyni zamanda bəşəri dəyərlər xəzinəsini dahi mütəfəkkirlərin yaratdığı incilərlə zənginləşdirən Turanın, türk dünyasının bir parçasıdır. 

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda təndir çörəyinin iştaha açan qoxusu uşaqlığımızı, nənəmizin ocağını, kəndin sakit səhərini, közdə yanan odun şaqqıltısını yada salır.

Ən son

HƏR ŞEYDƏN

Peşə seçimi həyatın ən məsuliyyətli qərarlarından biridir və uşaq nə qədər tez maraqlarını dərk etməyə

HƏR ŞEYDƏN

Peşə seçimi həyatın ən məsuliyyətli qərarlarından biridir və uşaq nə qədər tez maraqlarını dərk etməyə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin