Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/31/2025

Paylaşın

HƏR ŞEYDƏN

Vanil yoxa çıxır: Milyardlarla insanın sevimli dadı təhlükə altındadır

Vanil, "Vanilla planifolia"

Dünyanın ən populyar ətirləndiricilərdən biri olan təbii vanil iqlim dəyişiklikləri səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.

Baki-baku.az-ın verdiyi məlumata görə, bu barədə Belçikadakı Leven Katolik Universiteti və Kosta-Rikadakı Lankester Botanika Bağının alimləri xəbərdarlıq ediblər. Onların tədqiqatlarının nəticələri “Frontiers in Plant Science” jurnalında dərc olunub.

Bildirilir ki, iqlim dəyişiklikləri vanil orxideyaları ilə onların tozlandırıcıları arasında əlaqəni poza bilər.

Vanilin əsas mənbəyi olan “Vanilla planifolia” bitkisi xəstəliklərə, quraqlığa və istiyə qarşı həssasdır.

Tədqiqatçılar 11 vanil növü və 7 tozlandırıcı növünün yaşayış areallarını modelləşdiriblər. Ümumi nəticələrə görə, tozlandırıcıların böyük hissəsi yaşayış mühitini itirə bilər. Bu isə bir çox vəhşi vanil növünün məhvinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, vəhşi vanil növlərinin qorunması həm ekosistem, həm də kənd təsərrüfatı üçün vacibdir, çünki yetişdirilən növlər zəif genetik müxtəlifliyə malikdir və stres faktorlarına qarşı dayanıqsızdır.

Alimlər vanilin qorunması üçün ekoloji və genetik tədqiqatların dərinləşdirilməsi və vəhşi populyasiyaların mühafizəsi üzrə birgə səylərə çağırırlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Modanın tarixi – insan mədəniyyətinin, zövqlərinin və gözəllik anlayışının inkişafını əks etdirən maraqlı bir yoldur.

Ən son

HƏR ŞEYDƏN

Bolonya və Modena şəhərləri arasında baş verən bu hadisə tarixə “Vedrə uğrunda müharibə” adı ilə

HƏR ŞEYDƏN

Bolonya və Modena şəhərləri arasında baş verən bu hadisə tarixə “Vedrə uğrunda müharibə” adı ilə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin