Nəşr edilmişdir 05/30/2025

Paylaşın

GÜNDƏM

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib

IMG-20250530-WA0024_converted

Ötən ilin dekabrında Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsində qazanılan Şanlı Qələbədən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitab nəfis tərtibatda işıq üzü görüb. Bu kitab artıq çox böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dilə tərcümə edilərək həm ölkəmizdə, həm də bir sıra xarici dövlətlərdə təqdimat mərasimləri keçirilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ikinci hissəsidir.
Baki-baku.az xəbər verir ki, bu gün isə Vətən savaşında qazanılan Şanlı Qələbədən sonrakı dövrdə ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox mühüm hadısələrin təbliğində mühüm rol oynayacaq kitabın ikinci hissəsinin rus dilində olan çapı – “История Отечественной войны. Восстановление территориальной целостности Азербайджана” – Фактор личности” kitabı işıq üzü görüb. Bu kitabda bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb.
Bu nəşrin Possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına təqdim olunması nəzərdə tutulur, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.