Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/22/2025

Paylaşın

GÜNDƏM

Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirilib

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabın ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib.
Baki-baku.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə layihəsi olan kitabın təqdimatı Bakı Kitab Mərkəzində baş tutub.
Təqdimatda elm və təhsil ictimaiyyəti nümayəndələri, paytaxtın ali məktəb tələbələri iştirak ediblər.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşərək yeni kitabın əhəmiyyətindən danışıb.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov xüsusi vurğulayıb ki, şanlı Qələbənin əldə edilməsi və sonrakı illərdə ölkədə həyata keçirilən böyük işlər Prezident İlham Əliyevin dahi intellekti, müdrik sərkərdəlik qabiliyyəti və sarsılmaz iradəsi sayəsində mümkün olub.
A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükurov bildirib ki, 44 günlük Vətən müharibəsindən bəhs edən və artıq 11 dilə tərcümə edilən ilk kitabın davamı olaraq çap edilən 2-ci kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm tarixi hadisələrə həsr edilib.
Təqdimat mərasimindəki digər çıxışlarda bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin xaricdəki çoxsaylı oxuculara düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.
Hər iki nəşr müxtəlif xarici olkələrə, postovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın

Ən son

GÜNDƏM

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin

GÜNDƏM

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin