Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/04/2025

Paylaşın

GÜNDƏM

Uşaqların sevimli “Aybolit”i gəlir

“Aybolit”

Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.

Baki-baku.az xəbər verir ki, dekabrın 5-də (saat 12.00 və 14.00) Korney Çukovskinin məşhur “Aybolit” şeiri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının premyerası olacaq.

“Aybolit” əsəri məşhur rus yazıçısı Korney Çukovskiyə (Nikolay Vasilyeviç Korneyçukov) məxsusdur. Bu, ilk dəfə 1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara kömək edən mərhəmətli həkim Aybolit obrazını milyonlarla uşağa sevdirən bədii nümunədir.

Əsər əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub. Əsərin populyarlığı səbəbindən onun sonrakı illərdə teatrlaşdırılmış versiyaları, həmçinin, film və cizgi adaptasiyaları da hazırlanıb.

Bu mənada teatrın cari repertuarında da özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə həll verilib. Balacalar fərqli pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumatlanacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəlklər.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə nümunəsində obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva, Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov və Könül Nəsibova canlandırırlar.

Onu da qeyd edək ki, tamaşa qocaman kuklaçı, Respublikanın Əməkdar artisti Rəman Rəhmanovun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi

Ən son

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin