Nəşr edilmişdir 11/14/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Uranda balıqlarla dolu okeanlar ola bilər

Uran

Uran planeti və onun beş ən böyük peyki əvvəllər düşünüldüyü qədər cansız olmaya bilər. Son tədqiqatlara görə, bu buzlu dünyaların səthinin altında balıqlarla dolu nəhəng okeanlar gizlənə bilər.
Baki-Baku.az bu barədə BBC-yə istinadən xəbər yayıb.
Məlumata görə, Uran haqqında biliklərin əksəriyyəti təxminən 40 il əvvəl NASA-nın planeti öyrənən missiyası sayəsində əldə edilib: planet ilk dəfə 1986-cı ildə görünüb, o zaman yaxınlıqdan uçan “Voyager-2” Uranın özünün və onun beş böyük peykinin heyrətamiz şəkillərini göndərib.
Lakin “Voyager-2″nin səfərinin güclü Günəş fırtınası ilə üst-üstə düşdüyü ortaya çıxıb. Bu isə əldə edilən məlumatların təhrif olunmasına və bu planetar sistem haqqında yanlış təsəvvürlərin formalaşmasına səbəb olub.

Uran
Uran


Kadrların bir daha araşdırılması 40 il ərzində alimlərin Uran və onun beş ən böyük peyki barədə yanlış təsəvvürdə olduğunu göstərib.
“Bu nəticələr göstərir ki, Uranın planetar sistemi əvvəllər düşünüldüyündən daha maraqlı ola bilər. Orada həyatı dəstəkləyə bilən şəraiti olan peyklər və onların səthinin altında balıqlarla dolu okeanlar ola bilər!” – deyə London Universitet Kollecinin doktoru Uilyam Dann bildirib.
NASA 2045-ci ilə qədər planetə çatacaq yeni missiya – orbital zond “Uran”ı buraxmağı planlaşdırır. Alimlər bir vaxtlar ölü hesab edilən bu uzaq buzlu dünyaların həyat üçün nə qədər əlverişli ola biləcəyini öyrənməyi ümid edirlər.

Uran


Qeyd edək ki, Uran Günəş sisteminin ən uzaq, soyuq və sirli planetlərindən biridir. Onun fırlanma oxu demək olar ki, orbit müstəvisində yerləşib. Yəni planet sanki aşırılıb və yan üstə uzanıb – bu da onu ən sirli planet edir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının qərarı ilə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəza

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Baki-Baku.az xəbər verir ki,

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri